Ukrayna Silahlı Qüvvələri avqustun 22-nə keçən gecə Zaporojye vilayətinin Melitopol şəhərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
1xeber.media xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yevgeni Balitski Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, hücum zamanı yalnız mülki obyektlər hədəfə alınıb. Birbaşa zərbə nəticəsində tikinti materialları mağazası tamamilə yanaraq məhv olub.
Balitski bildirib ki, PUA hücumları nəticəsində şəhər vərəm dispanserinin binası da zərər görüb.
Məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. 46 nəfər təxliyə edilib. Hazırda hadisə yerində operativ xidmətlərin əməkdaşları çalışır.
Qeyd edək ki, daha əvvəl Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev də Ukrayna Silahlı Qüvvələrinin bölgədəki sənaye obyektinə zərbə endirdiyini və obyektə ziyan dəydiyini açıqlamışdı.

















