
İran Hörmüz boğazından keçidlə bağlı tətbiq etdiyi məhdudiyyətləri daha bir ölkənin gəmiləri üçün aradan qaldırıb.
1xeber.media xəbər verir ki, Hörmüz boğazında gəmiçiliklə bağlı məhdudiyyətlərin yumşaldılması son günlərdə Tehranla digər ölkələr arasında aparılan danışıqların əsas mövzularından biri olub.
Qeyd edək ki, İran avqust ayında boğazda gəmiçilik üçün yeni mexanizmlərin tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Sənəddə boğazın idarə olunması ilə bağlı yeni qaydaların müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bundan əvvəl İran və Oman arasında Hörmüz boğazında yeni müvəqqəti keçid marşrutunun yaradılması ilə bağlı müzakirələrin aparıldığı açıqlanmışdı.
Hörmüz boğazı dünya enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyır və onun statusu son aylarda beynəlxalq gündəmin əsas məsələlərindən birinə çevrilib.
















