Türkiyənin Afyonkarahisar vilayətində sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
1xeber.media İHA agentliyinə istinadən xəbər verir ki, qəza Sinanpaşa bölgəsi ərazisində qeydə alınıb.
İstanbuldan Antalyaya gedən avtobus yolayrıcılarından birində qeyri-müəyyən səbəbdən hasara çırpılaraq aşıb.
Qəza nəticəsində 22 nəfər xəsarət alıb. Hadisə yerinə dərhal polis bölmələri, tibb işçiləri və yanğınsöndürənlər gəlib.
Yaralılar ilkin yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıblar.



















