Sərbəst güləşçimiz Hacı Kərimov Bratislavada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
70 kq çəki dərəcəsində mübarizə aparan idmançı hindistanlı Sumit Baraskara 5:1, ardından Şimali Makedoniya təmsilçisi Muhamed Veseliyə 11:2 hesabı ilə qalib gəlib.
H.Kərimov 1/4 finalda ermənistanlı Davit Davtyanı 12:0 hesabı ilə üstələyib, yarımfinalda isə misirli Mohamed Ahmeddən güclü olub (9:2). O, çempionluq görüşündə iranlı Sina Mehdi Xəlili ilə üz-üzə gələcək.
















