Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edilib.
1xeber.media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sənədə əsasən, Ş.Mirziyoyev Özbəkistanla Azərbaycan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.

















