Peskov: Rəttkliffin Putinlə görüşü planlaşdırılmayıb
1xeber.media xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Rəttkliffin Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılmayıb.
Bunu Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb. Onun sözlərinə görə, Rəttkliffin Putinlə hər hansı təması nəzərdə tutulmayıb.
Peskov daha əvvəl Rəttkliffin Moskvaya səfərinin Rusiya və ABŞ xüsusi xidmət orqanları arasında təmaslarla bağlı olduğunu bildirmişdi. Səfərin digər detalları açıqlanmayıb.
MKİ rəhbəri avqustun 25-də gözlənilmədən Moskvaya gəlib. Onun səfəri əvvəlcədən ictimaiyyətə elan edilməmişdi.

















