Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki aylıq müddətə həbs edilib.
1xeber.media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında onun vəkili bildirib.
Vəkilin sözlərinə görə, Sedrak Köçəryanın görüş hüququ da məhdudlaşdırılıb. Ona yalnız həyat yoldaşı və uşaqları ilə görüşməyə icazə verilib.

















