Krım parlamentinin rəhbəri Stubb-a sərt cavab verdi
1xeber.media xəbər verir ki, Krım parlamentinin rəhbəri Vladimir Konstantinov Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya zərbələrini dəstəkləyən Finlandiya Prezidenti Aleksandr Stubbun açıqlamalarına münasibət bildirib.
Konstantinov Stubb-a “dilini dişləməyi” tövsiyə edib. Onun sözlərinə görə, Finlandiyada pilotsuz uçuş aparatları istehsal edən zavodun məhv edilməsi Stubbun məntiqinə əsasən “ağlabatan hərbi strategiya” ola bilər.
“Stubb kimilər Ukraynanı səhraya çevirir və Kiyevə gəlib boş-boş danışırlar. Yaxşı olar ki, bu cür çıxışlara son versin və dilini dişləsin”, – deyə rusiyalı siyasətçi bildirib.
Qeyd edək ki, daha əvvəl Stubb Kiyevdə keçirilən “istəklilər koalisiyası” sammitindən sonra keçirdiyi mətbuat konfransında Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı hədəflərə zərbələrini sülh danışıqlarına keçidin “yeganə yolu” adlandırıb. Finlandiya Prezidenti həmçinin Qərb tərəfdaşlarını Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün daha çox imkan yaratmağa çağırıb.
















