Bu il İstanbul Beykent Universitetinə qəbul olan Azərbaycan vətəndaşı Nahid Mirzəyev qeyri-adi problemlə üzləşib.
1xeber.media Unikal-a istinadla xəbər verir ki, tələbə qeydiyyatını tamamlamaq üçün Türkiyəyə gedib. Ölkəyə daxil olarkən isə onun adı gömrük əməkdaşları tərəfindən yanlış yazılıb. Bu səbəbdən azərbaycanlının Türkiyə daxilində olduğu sistemdə görülməyib. Buna görə də onun universitet qeydiyyatını tamamlaması və müvəqqəti qeydiyyata düşməsi mümkün olmayıb.
Onunla bərabər bir neçə nəfər də eyni problemlə üzləşib.
N.Mirzəyev problemlə bağlı İstanbul Sabiha Gökçen Hava Limanına rəsmi müraciət edib. Ona məsələnin 15 gün ərzində həll ediləcəyi deyilib.
















