Avqustun 24-də axşam saatlarında İsmayıllıda "Toyota Land Cruiser" markalı avtomobil yoldan çıxaraq aşıb.
1xeber.media "Unikal"-a istinadən xəbər verir ki, qəza nəticəsində sürücü 41 yaşlı Samir Abdullayev aldığı xəsarətlərdən həyatını itirib.
Yaxınlarının bildirdiyinə görə, S.Abdullayev iş adamı olub.


















