Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan Azərbaycan təyyarəsində həlak olan stüardessa Hökümə Əliyevanın 2019-cu ildə çəkilmiş görüntüləri üzə çıxıb.
Görüntülərdə Hökümə Əliyevanın sərnişinlərə təhlükəsizlik qaydalarını izah etdiyi əks olunub.
Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beşi ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, faciə nəticəsində 39 nəfər həlak olub, 28 nəfər yaralanıb.
H.Əliyevanın 2019-cu ildə çəkilmiş görüntülərini təqdim edirik: