1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Moldovaya səfəri ilə bağlı Kişinyovda gücləndirilmiş təhlükəsizlik tədbirləri davam edir.
Moldovanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Kişinyova gedən Zelenskinin hərəkət marşrutu boyunca çoxsaylı polis əməkdaşları və postlar yerləşdirilib.
Sıx təhlükəsizlik tədbirləri səbəbindən siyasətçinin ölkəyə gəlişi “konvoy altında” səfər kimi qiymətləndirilib.
Qeyd edək ki, Zelenskinin Kişinyovda Müstəqillik Günü münasibətilə keçirilən rəsmi tədbirlərdə iştirak edəcəyi bildirilir.
















