1xeber.media xəbər verir ki, İspaniyanın Şimali Afrikadakı Seuta anklavında Mərakeşdən gələn miqrant axını ilə bağlı yeni etirazların keçirilməsi gözlənilir.
Şəhərdə son günlər gərginlik artıb. Yerli sakinlərin miqrantlara qarşı keçirilən aksiyaları polis ilə toqquşmalara, müvəqqəti düşərgələrin yandırılmasına və humanitar yardımın qarşısının alınması cəhdlərinə səbəb olub.
Miqrasiya böhranı iyulda on minlərlə insanın Mərakeşdən Seutaya keçməsindən sonra daha da kəskinləşib. Hazırda şəhərdə minlərlə miqrantın qaldığı bildirilir.
















