Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Ukrayna Prezidenti Volodimir Zelenskinin “ruslar tamamilə bitiblər” ifadəsinə münasibət bildirib.
1xeber.media xəbər verir ki, Milonov Zelenskinin bu cür açıqlamalarını qəbuledilməz adlandırıb və onu “qopnik” kimi xarakterizə edib.
Deputatın sözlərinə görə, Zelenski hakimiyyətdə olduğu müddətdə dövlət başçısına uyğun davranış nümayiş etdirməyi öyrənməyib və bu tip ifadələr ölkə lideri üçün yolverilməzdir.
Ukrayna KİV-lərinin məlumatına görə, Zelenski sentyabrın 1-də Kiyev vilayətində keçirilən məktəb tədbirlərindən birində çıxış edərkən Rusiyanın kütləvi zərbələrindən danışıb və emosional ifadələr işlədib.
Bundan əvvəl Dövlət Dumasının digər deputatı Mixail Şeremet də Zelenskini tənqid edərək ona “həbsxana leksikasını öyrənməyi” tövsiyə etmişdi. Şeremet Ukrayna liderinin siyasətini sərt şəkildə qiymətləndirib.
I prefer this response