1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib.
Trampın sözlərinə görə, belə bir görüş Ukraynadakı münaqişə başa çatmağa yaxınlaşdıqda keçirilə bilər. O, görüşün gələcəkdə mütləq baş tutacağına əmin olduğunu deyib.
Qeyd edək ki, bundan əvvəl Kremlin köməkçisi Yuri Uşakov Putin, Tramp və Çin lideri Si Cinpin arasında üçtərəfli görüşün keçirilməsi ehtimalını açıqlamışdı.

















