1xeber.media xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi Qara dənizdə bir neçə pilotsuz uçuş aparatı və dəniz kamikadze dronunun aşkar edilərək zərərsizləşdirildiyini açıqlayıb.
Məlumata görə, dronlar Karadəniz Ereğli, Sakarya-Karasu, Karaburun burnu, Bosforun girişindəki Türkəli lövbər sahəsi və İstanbulun Çatalca rayonunun yaxınlığında aşkar edilib.
Nazirlik bildirib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri və aviasiyası mümkün təhdidlərin qarşısını almaq məqsədilə ərazidə sutka ərzində kəşfiyyat aparır.
















