1xeber.media xəbər verir ki, Almaniya kansleri Fridrix Merzin Saksoniya-Anhalt əyalətinə səfəri zamanı yerli sakinlər onun siyasətindən narazılıqlarını nümayiş etdiriblər.
Merz səfər çərçivəsində rəhbərlik etdiyi Xristian Demokrat İttifaqının (CDU) nümayəndələri ilə qapalı görüş keçirib. Görüşdən sonra kansler toplaşan sakinlərlə danışmayıb, sadəcə əl yelləyərək ərazidən uzaqlaşıb.
Yayılan görüntülərdə Merzin avtomobilinə minərkən ətrafda toplaşan insanların “Çıxın!” şüarları səsləndirdiyi görünür.
Qeyd edək ki, sentyabrın 6-da Saksoniya-Anhaltda keçiriləcək yerli seçkilərdən sonra CDU daxilində Merzin istefası məsələsinin müzakirə oluna biləcəyi barədə məlumatlar yayılıb.

















