1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensi zarafatla Ağ Evin mətbuat katibi vəzifəsinə təyin edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Vens bildirib ki, çıxışından əvvəl Oval kabinetdə Trampla söhbət edib. Prezident ona yaxşı çıxış etməsini istədiyini, lakin həddindən artıq uğurlu olacağı təqdirdə mətbuat katibi vəzifəsinə keçirə biləcəyini deyib.
“Ehtiyatlı ol. Yaxşı çıxış etməyini istəyirəm, amma həddindən artıq yaxşı çıxış etsən, səni mətbuat katibi edə bilərəm”, – Vens Trampın sözlərini çatdırıb.
Vitse-prezidentin sözlərinə görə, bundan sonra o, jurnalistlərdə həddindən artıq yaxşı təəssürat yaratmamaq üçün çıxışı zamanı qəsdən bir qədər “səhv etməyə” qərar verib.
Qeyd edək ki, daha əvvəl “The New York Times” Trampın Vensin gələcəkdə ABŞ Prezidenti ola biləcəyinə dair şübhələrinin olduğunu yazmışdı. Bildirilirdi ki, Tramp bəzi müttəfiqləri ilə söhbətində Vensin onun dəstəyi olmadan seçkilərdə heç vaxt uğur qazanmadığını qeyd edib.

















