ABŞ Ayın sahibi ola bilməz – professor
1xeber.media xəbər verir ki, Kanada Yer və Kosmos Tədqiqatları İnstitutunun fəxri professoru Filip Stuk ABŞ Prezidenti Donald Trampın Ayın ABŞ-a məxsus olduğu barədə sözlərinə münasibət bildirib.
Stukun sözlərinə görə, ABŞ Ayın sahibi ola bilməz. O qeyd edib ki, Ayın səthinə ilk kosmik aparatı göndərən ölkə ABŞ deyil və bu sahədə ilk uğura imza atan ölkə belə Ayın ona məxsus olduğunu iddia etmir.
Professor bildirib ki, bütün kosmik dövlətlərin qəbul etdiyi kimi, Ay heç bir ölkəyə məxsus deyil.
Qeyd edək ki, Ay istiqamətində ilk kosmik aparat 1959-cu ildə Sovet İttifaqı tərəfindən göndərilib. Həmin il sentyabrın 12-də Baykonur kosmodromundan “Luna-2” avtomatik planetlərarası stansiyası buraxılıb və iki gün sonra Ayın səthinə çatıb.
Bundan əvvəl Donald Tramp sosial şəbəkədə Ayın ABŞ bayrağı ilə müşayiət olunan fotosunu paylaşaraq “Ay bizimdir” ifadəsini yazıb. O, həmçinin Ayda hansısa obyektin onun şərəfinə adlandırılacağına ümid etdiyini bildirib.
















