Slovakiyanın Baş naziri Robert Fiko Almaniyada ultrasağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının seçkilərdə qazandığı qələbənin ölkə rəhbərliyini Rusiya ilə müharibəyə sövq etməməsini arzuladığını bildirib.
1xeber.media xəbər verir ki, Fiko bu barədə sosial şəbəkədəki paylaşımında yazıb. O, Almaniyanın hakim dairələrinin regional seçkilərdəki məğlubiyyəti ört-basdır etmək üçün Rusiya ilə müharibəni çıxış yolu kimi görməyəcəyinə ümid etdiyini qeyd edib.
Slovakiyanın baş naziri AfD-nin uğurunun obyektiv qiymətləndirilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu nəticə suveren ölkədə seçicilərin verdiyi suveren qərardır.
Saksoniya-Anhalt federal torpağında sentyabrın 6-da keçirilən seçkilərdə AfD 43,8 faiz səslə birinci olub. Kansler Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) isə 17,2 faiz səs toplayıb.

















