Ermənistan Silahlı Qüvvələrinin formalaşmasında iştirak etmiş general-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina edib.
1xeber.media xəbər verir ki, general bu barədə sentyabrın 7-də “İravunk” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, o, Ermənistanın konsulluğuna gedərək pasportunu təhvil verib.
Ter-Qriqoryants qərarını Ermənistanın hazırkı hakimiyyətinin siyasəti ilə razılaşmaması ilə izah edib. Generalın sözlərinə görə, pasportu təhvil verdikdən sonra Ermənistan Prezident Administrasiyasından onun vətəndaşlıqdan məhrum edilməsi barədə mesaj alıb.
General bundan sonra Ermənistanda yaşayan qohumları ilə vidalaşdığını və ölkəyə bir daha qayıtmayacağını bildirib.
Norat Ter-Qriqoryants 1990-cı illərdə Ermənistanın müdafiə strukturunda yüksək vəzifələr tutub və ölkə Silahlı Qüvvələrinin formalaşmasında əsas şəxslərdən biri olub.

















