Rusiya Çerniqov vilayətinin Priluki şəhərində beynəlxalq British American Tobacco korporasiyasının siqaret fabrikini vurub.
1xeber.media xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Fabrikdə "Dunhill", "Kent", "Lucky Strike", "Pall Mall", "Vogue", "Rothmans" və "Priluki" kimi bir sıra tanınmış brendlərin siqaretləri istehsal olunur.
İlkin məlumata görə, hücum zamanı fabrik işçiləri arasında itki olmayıb.
Hadisə nəticəsində müəssisənin ərazisində və binalarında ziyan qeydə alınıb. Müvafiq xidmətlər hadisə yerində işləyir, təsirin səbəbləri və dəymiş ziyanın miqyası dəqiqləşdirilir.

















