1xeber.media xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə Rusiya Prezidenti Vladimir Putinin BRICS sammitində iştirak etmək üçün ölkəyə səfəri münasibətilə xüsusi şokoladlı matryoşkalar hazırlanıb.
Yerli televiziya kanalına istinadən yayılan məlumata görə, şirniyyat ustaları hazırladıqları matryoşkaları Rusiyanın mədəni irsini, ənənələrini, birliyini və nəsillərarası davamlılığını simvolizə edən məhsul kimi təqdim ediblər.
Bundan əlavə, aşpazlar rus və hind mədəniyyətlərini birləşdirən xüsusi təam hazırlayıblar. Süfrəyə hind şirniyyatları və yerli inqrediyentlərdən ibarət thali təqdim olunacağı bildirilib.
Putinin səfəri ərəfəsində hazırlıqlar bununla da məhdudlaşmayıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirib ki, Putinə dünyada böyük hörmət var və bunun Yeni Dehlidə keçirilən BRICS biznes forumu zamanı da aydın göründüyünü deyib.
















