1xeber.media xəbər verir ki, Rusiya ordusu Donetsk Xalq Respublikasında (DXR) Vesyoloye yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yaşayış məntəqəsi “Mərkəz” qoşun qruplaşmasının bölmələrinin həyata keçirdiyi əməliyyat nəticəsində nəzarətə götürülüb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bundan əvvəl bir həftə ərzində səkkiz yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü bildirmişdi.
Sentyabrın 11-də isə Rusiya ordusunun Zaporojye vilayətində Zorevka yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyi açıqlanmışdı.
















