1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında yaranan problemlərin tezliklə həll olunacağını bildirib.
Tramp İrlandiya Prezidenti Ketrin Konollinin iştirakı ilə keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında “hər şey yaxşı olacaq” deyib. O, Səudiyyə Ərəbistanı ilə bağlı yeni narahatlıqlara baxmayaraq, vəziyyətin “əla işləyəcəyini” vurğulayıb.
Qeyd edək ki, Tramp daha əvvəl noyabrda keçiriləcək Konqres seçkilərində Respublikaçılar Partiyasının məğlub olacağı təqdirdə İrana qarşı hərbi əməliyyatların daha da sərtləşdirilə biləcəyini açıqlamışdı.
















