1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin BRICS-in əsas dəyərləri və prinsiplərinin dünyanın bir çox ölkəsi üçün cəlbedici olduğunu bildirib.
Putin qeyd edib ki, müstəqil siyasət yürütmək, problemləri kollektiv şəkildə həll etmək, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin əsas müddəalarına söykənmək BRICS-in əsas prinsiplərindəndir.
Rusiya lideri bu fikirləri BRICS sammiti çərçivəsində keçirilən tədbirdə səsləndirib. Yeni Dehlidə sentyabrın 12-13-də keçirilən sammitin əsas mövzusu inklüziv qlobal inkişaf üçün dayanıqlılıq, innovasiya, əməkdaşlıq və sabitliyin təmin edilməsidir.
















