Slavyansk-na-Kubaniyə hücumda yaralananların sayı artdı
1xeber.media xəbər verir ki, Rusiyanın Krasnodar diyarının Slavyansk-na-Kubani şəhərinə pilotsuz uçuş aparatları ilə hücum nəticəsində xəsarət alanların sayı 3 nəfərə çatıb.
Bölgənin operativ qərargahının məlumatına görə, yaralananlardan 2-si xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilir.
Hücum nəticəsində şəhərdə müəssisələrdən birində yanğın baş verib, 4 fərdi yaşayış evi, poliklinika və qaz kəməri zərər görüb. Dağıntıların olduğu ərazilərdə operativ xidmətlər çalışır.
Rusiya Müdafiə Nazirliyi isə sentyabrın 13-də gecə ölkənin müxtəlif bölgələri üzərində 389 Ukrayna PUA-sının məhv edildiyini açıqlayıb.
















