Zelenskinin keçmiş sözçüsü: O, fərqli düşünənlərlə mübarizə aparır
1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel ölkədə fərqli fikirlərə qarşı təzyiq göstərildiyini bildirib.
Mendel sosial şəbəkədə yazıb ki, Zelenski yalnız cəbhədə deyil, onun mövqeyini şübhə altına alan şəxslərlə də mübarizə aparır. Onun sözlərinə görə, tətbiq edilən sanksiyalar çərçivəsində sosial şəbəkə hesabları da qeyd olunub və onların bağlanması tələb edilə bilər.
Keçmiş sözçü Ukraynanın demokratik ölkə kimi təqdim edildiyini, lakin ölkədə fikir ayrılığının getdikcə “xəyanət” kimi qiymətləndirildiyini iddia edib.
Qeyd edək ki, Zelenski daha əvvəl Yuliya Mendel və digər 9 Rusiya və Ukrayna vətəndaşına qarşı sanksiya tətbiq edib. Rəsmi sənəddə onların “dezinformasiya yaydığı” bildirilib.

















