1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya Patriot zenit-raket kompleksləri və onların istehsalı üçün lisenziyanın verilməsi məsələsinə münasibət bildirib.
Jurnalistin bu barədə sualını cavablandıran Tramp Ukraynanın Patriot sistemlərinin daha az inkişaf etmiş versiyasını ala biləcəyini deyib.
Qeyd edək ki, daha əvvəl Ukraynanın Patriot sistemləri üçün raket ehtiyatlarının demək olar ki, tükəndiyi bildirilmişdi.
ABŞ dövlət katibi Marko Rubio isə qeyd etmişdi ki, hətta Vaşinqtonun müvafiq lisenziyanı verməsi halında belə, Ukraynada Patriot sistemlərinin istehsalı üçün zavodların qurulması bir neçə il çəkə bilər. Onun sözlərinə görə, tərəflər arasında bu məsələ ilə bağlı danışıqlar davam edir.

















