Üzeyir Hacıbəylinin doğum günüdür
1xeber.media xəbər verir ki, bu gün Azərbaycanın dahi bəstəkarı, professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümüdür.
18 sentyabr – Üzeyir Hacıbəylinin doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Bu münasibətlə hər il ölkənin müxtəlif bölgələrində konsertlər və silsilə mədəni tədbirlər təşkil edilir.
Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin formalaşmasında mühüm rol oynayıb. O, həmçinin Şərqdə ilk operanın müəllifi, musiqişünas-alim və ictimai xadim kimi tanınır.
Milli Musiqi Günü Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə təsis edilib.

















