1xeber.media xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya səfər edib.
Vuçiç bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Kiyevdə Karpat İnteqrasiya Təşəbbüsü çərçivəsində keçirilən görüşdə iştirak edir.
Serbiya liderinin sözlərinə görə, təşəbbüs Böyük Karpat regionu ölkələri arasında iqtisadi, nəqliyyat və infrastruktur əlaqələrinin inkişafını nəzərdə tutur.
Vuçiç səfərinin məqsədinin Serbiya vətəndaşları üçün sabitlik və sülhün təmin edilməsinə töhfə vermək olduğunu qeyd edib.

















