Tanınmış plastik cərrah Dilqəm Məhərrəmovun həm həyat yoldaşı, həm də həmkarı Nərgiz Əhmədovaya xərçəng diaqnozu qoyulub.
1xeber.media xəbər verir ki, bu barədə N.Əhmədova sosial şəbəkə hesabında məlumat paylaşıb.
Paylaşımda D.Məhərrəmovun xanımına təsirli jest etdiyi də görünür. Belə ki, o, həyat yoldaşına görə başını keçəl etdirib.
“Həyat yoldaşım və oğlum mənim üçün saçlarını qırxdılar. Onlar mənim ən böyük dayağım, gücüm və heç vaxt tək olmadığımı xatırladan ən böyük səbəbimdir.
Bircə saniyə belə yanımdan ayrılmadın. Bütün müalicələrim zamanı əlimdən tutdun, ən çox ehtiyacım olduğu zaman mənim qayğıma qaldın. Bəlkə də artıq diaqnozumun heç bir əhəmiyyəti yoxdur. Çünki mən artıq həyatda ən böyük hədiyyəyə - sənə sahibəm. Sən yanımda olduğun müddətdə mən artıq qalib gəlmişəm.
Və PET-KT müayinəsindən çıxanda gördüklərimi heç vaxt unutmayacağam - taleyimi müəyyən etməli olan müayinədən. Çölə çıxanda sevimli qardaşım İbrahimi gördüm. Əllərini göyə qaldırmışdı və göz yaşları yanaqlarından süzülürdü…O an əbədi olaraq qəlbimdə qalacaq”, - N.Əhmədova paylaşımında qeyd edib.
Sözügedən paylaşımı təqdim edirik:



















