Pakistanın Xeybər-Paxtunxva vilayətində məsciddə partlayış baş verib.
1xeber.media "Associated Press"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 30 nəfər isə yaralanıb.
Qeyd olunur ki, məscid Pakistanın şimal-qərbində polis idarələrinin yerləşdiyi binanın yaxınlığında yerləşir. İlkin məlumatlara görə, partlayıcı maddə ilə yüklənmiş nəqliyyat vasitəsinin Köhnə Polis Xəttlərinə çırpıldığı irəli sürülüb, lakin partlayışın dəqiq səbəbi hələ müəyyən edilməyib.
"Partlayışdan sonra silahlı terrorçularla atışma baş verib", - deyə AP rəsmilərə istinadən yazıb.
















