1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Karpat səkkizliyi” adlı yeni regional formatın yaradıldığını açıqlayıb.
Onun sözlərinə görə, yeni təşəbbüsə Ukrayna, Rumıniya, Serbiya, Polşa, Slovakiya, Çexiya, Avstriya və Macarıstan daxildir.
Zelenski bildirib ki, bu format ölkələr arasında əlaqələrin daha da yaxınlaşmasına və Avropa İttifaqı çərçivəsində yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət etməlidir.
“Karpat səkkizliyi”nin ilk toplantısı Karpat İnteqrasiyası Təşəbbüsü çərçivəsində keçirilir.
Qeyd edək ki, Zelenski daha əvvəl Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin növbəti görüşünün Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və ya İsveçrədə keçirilə biləcəyini bildirmişdi.

















