1xeber.media xəbər verir ki, Ukraynanın Pavloqrad şəhərində polis rəisi, azərbaycanlı polkovnik-leytenant Rüstəm Vəliyevin iş otağı dron hücumunun hədəfi olub.
Məlumata görə, bir neçə dron polis idarəsinin binasına hücum edib. Zərbə nəticəsində Rüstəm Vəliyevin iş otağı və yerləşdiyi mərtəbə ciddi şəkildə dağılıb.
Hücum zamanı təhlükəni hiss edən polis rəisi otağı vaxtında tərk edib. Bu səbəbdən Rüstəm Vəliyev xəsarət almayıb. İdarədə xidmət aparan digər polis əməkdaşları arasında da itki olmadığı bildirilir.
Rüstəm Elçin oğlu Vəliyev təxminən üç ildir Pavloqrad Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışır. Ukrayna Milli Polisinin rəsmi məlumatında da onun Pavloqrad Rayon Polis Şöbəsinin rəhbəri olduğu təsdiqlənir.
Məlumata görə, Vəliyev Azərbaycanın Salyan rayonundandır.




















