1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə səfəri çərçivəsində Nyu-Yorkda amerikalı senatorlarla görüşüb.
Zelenski görüş zamanı Ukrayna ilə Rusiya arasında gərginliyin azaldılması ilə bağlı təkliflər barədə senatorlara məlumat verdiyini bildirib. O, bu məsələlərin ABŞ Prezidenti Donald Trampla görüşdə də müzakirə olunacağını qeyd edib.
Ukrayna lideri həmçinin ölkəsinin “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərə ehtiyac duyduğunu vurğulayıb. Zelenski son aylarda ABŞ ilə danışıqlarda Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini prioritet məsələlərdən biri kimi təqdim edib.
Zelenskinin Nyu-York səfəri çərçivəsində Donald Trampla görüşü də planlaşdırılır. Tərəflərin əsas müzakirə mövzularından birinin gərginliyin azaldılması və enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı mümkün razılaşmalar olacağı bildirilir.
















