1xeber.media xəbər verir ki, Macarıstanın Baş naziri Peter Magyar Ukraynanın təşəbbüsü ilə yaradılan “Karpat səkkizliyi” formatına Budapeştin niyə qoşulmadığını izah edib.
Magyar Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Macarıstanın qərarını tənqid etməsinə cavab olaraq sosial şəbəkədə futbol komandası nümunəsini çəkib.
Macarıstan baş naziri bildirib ki, vəziyyəti belə təsəvvür etmək olar: qonşu kənddə futbol komandası yaradılır, komandanın üzvləri bir-birini tanımır, lakin başqa bir şəxs əvvəlcədən komandaya daxil edilir və ondan top gətirməsi tələb olunur.
Magyarın sözlərinə görə, suveren dövlətin əvvəlcədən məsləhətləşmədən və razılığı olmadan beynəlxalq formata daxil edilməsi qəbuledilməzdir. O, Budapeştin bu səbəbdən “Karpat səkkizliyi”nə qoşulmadığını bildirib.
Qeyd edək ki, Ukraynanın təşəbbüsü ilə yaradılan “Karpat səkkizliyi” regional əməkdaşlığın, ticarətin və təhlükəsizliyin gücləndirilməsini nəzərdə tutur. Macarıstan dəvət alsa da, bu formatda iştirak etməyib.
















