Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib.
1xeber.media xəbər verir ki, nazirliyin rəhbər heyəti və əməkdaşları 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib. Xatirə daşının önünə əklil və gül dəstələri qoyulub.






















