Bu ilin avqustunda Azərbaycanda nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artaraq 8 milyard 888 milyon manata çatıb.
1xeber.media 1business.media-nın instaqram səhəfəsinə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı bu barədə məlumat yayıb. Məlumata görə, bu məbləğin 7,682 milyard manatı elektron ticarətin payına düşüb. POS-terminallarla 1 milyard 204 milyon manat, özünəxidmət terminalları ilə isə 2 milyon manat ödəniş həyata keçirilib.
Avqustun 1-nə ölkədə ödəniş kartlarının sayı 22 milyon 974 min ədəd olub. Debet kartlarının sayı illik 10,2 faiz artaraq 20,952 milyona, kredit kartlarının sayı isə 4,3 faiz azalaraq 2,022 milyona çatıb.
Ölkədə 3 596 bankomat və 141 696 POS-terminal fəaliyyət göstərib.
















