1business.media xəbər verir ki, küçədə tapılan əşyanın mənimsənilməsi onun dəyərindən və tapıldığı yerdən asılı olaraq hüquqi məsuliyyət yarada bilər.
Mülki Məcəlləyə əsasən, şəxs əşyanı ondan tamamilə imtina etmək məqsədilə atıbsa, başqa şəxs həmin əşyanı öz mülkiyyətinə keçirə bilər.
Lakin bunun da şərtləri var. Dəyəri 55 manatdan aşağı olan və şəxsin öz torpağında və ya istifadəsində olan digər ərazidə tapılan atılmış əşyadan istifadə etməklə onu öz mülkiyyətinə keçirmək mümkündür.
Əşyanın dəyəri 55 manatdan çoxdursa, onu sahibsiz hesab etmək üçün məhkəməyə müraciət edilməlidir.
Yəni küçədə qiymətli əşya tapan şəxs onu avtomatik olaraq özününkü hesab edə bilməz. Əşyanın dəyəri 55 manatdan yuxarıdırsa, qanunla müəyyən edilmiş prosedura əməl olunmalıdır.
















