
1xeber.media xəbər verir ki, ABŞ vitse-prezidenti Cey Di Vens Flydubai təyyarəsi ilə bağlı baş verən insidentdə İranın əlinin olduğuna dair hər hansı inandırıcı sübut görmədiyini bildirib.
Vens bu barədə “Fox News” telekanalına açıqlamasında danışıb. O, məsələ ilə bağlı araşdırmaların davam etdiyini və hazırda İranın insidentə aidiyyəti barədə qəti nəticəyə gəlmək üçün kifayət qədər əsas olmadığını qeyd edib.
“Hazırda İranın iştirakı ilə bağlı hər hansı inandırıcı sübut gördüyümü deyə bilmərəm”, – deyə ABŞ rəsmisi bildirib.
Vens ABŞ-ın İranla bağlı vəziyyətə cəlb olunması istiqamətində hazırda baş verənlərə nikbin yanaşdığını da vurğulayıb. Onun sözlərinə görə, məsələ ilə bağlı qiymətləndirmələr zamanı Milli Kəşfiyyat direktoru Con Retkliff və digər kəşfiyyat əməkdaşlarının məlumatlarına əsaslanır.
















