1xeber.media xəbər verir ki, Səudiyyə Ərəbistanı noyabr ayında Asiyaya satılacaq neftin rəsmi satış qiymətini gözlənilmədən aşağı salıb.
“Saudi Aramco”nun açıqladığı qiymət cədvəlinə əsasən, “Arab Light” markalı neftin Asiya alıcıları üçün qiyməti Oman və Dubay neftinin orta qiymətindən bir barel üçün 5 dollar aşağı müəyyənləşdirilib. Bu, oktyabr ayı ilə müqayisədə 3 dollarlıq azalma deməkdir.
Reuters-in məlumatına görə, beləliklə, Asiya üçün endirim 2020-ci ilin iyunundan bəri ən geniş səviyyəyə çatıb. Şirkət daha ağır “Arab Medium” və “Arab Heavy” markalarının qiymətini isə Asiya bazarı üçün bir barelə 5 dollar azaldıb.
Bunun əksinə olaraq, Səudiyyə Ərəbistanı Şimal-Qərbi Avropa üçün noyabr neft qiymətlərini 3 dollar artırıb.
















