Avropa Parlamentində İsrail bayrağı qalmaqalı böyüyür
1xeber.media xəbər verir ki, Avropa Parlamentində İsrail bayrağının nümayiş etdirilməsi ilə bağlı yaranan insident siyasi mübahisəyə səbəb olub.
Fransalı deputat Rima Həsənin parlamentdə İsrailə həsr olunmuş sərgidə nümayiş etdirilən İsrail bayrağını götürdüyü bildirilir. Parlamentin prezidenti Roberta Metsola hadisəyə ciddi yanaşıldığını və müvafiq tədbirlərin görüləcəyini açıqlayıb.
Həsənin ofisi isə bayraqların zədələnmədiyini bildirib. Deputat öz hərəkətini sərgidə Fələstinin mövcudluğunun inkar edildiyini iddia etdiyi çıxışlara etirazla əlaqələndirib.
İnsident 7 oktyabr hadisələrinin üçüncü ildönümü ilə bağlı Avropada siyasi gərginliyin yüksək olduğu bir gündə baş verib.














