2026-cı ilin 9 ayında fiziki və hüquqi şəxslərə dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb.
1xeber.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 254 milyon 453,6 min manat məbləğində vəsait geri qaytarılıb.
Geri qaytarılan vəsaitlər əsasən fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət xidmətlərinə (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, həmçinin işğaldan azad edilmiş ərazilərdə göstərilən mehmanxana xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı olub.
Bundan başqa, əcnəbilərin Azərbaycan ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına görə ödədikləri ƏDV də geri qaytarılıb.
Hesabat dövründə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi də vətəndaşlara qaytarılıb.
Bununla yanaşı, artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları üzrə vəsaitlərin geri qaytarılması həyata keçirilib















