
1xeber.media xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi neft və dizel ehtiyatlarının bir hissəsinin bazara çıxarılması məsələsini müzakirə etməyə hazırlaşır.
Reuters-in məlumatına görə, IEA-nın idarə heyəti yüksək dizel qiymətləri fonunda fövqəladə ehtiyatların istifadəsini müzakirə etmək üçün toplantı keçirib. Təşəbbüs G7 ölkələrinin 100 milyon barrelədək ehtiyatın bazara çıxarılması ilə bağlı razılaşmasından sonra gündəmə gəlib.
Almaniya və Polşa ehtiyatların istifadəsinə müsbət yanaşan ölkələr arasında göstərilir. Yekun qərarın oktyabrın 14-15-də keçiriləcək IEA iclasında verilməsi gözlənilir.















