1xeber.media xəbər verir ki, Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya seqmentində çalışan kosmonavtlar Rusiya Prezidenti Vladimir Putini doğum günü münasibətilə təbrik ediblər.
“Roskosmos”un məlumatına görə, Pyotr Dubov, Anna Kikina və Sergey Teteretnikov Rusiya liderinə xoş arzularını çatdırıblar. Kosmonavtlar Putinə planlarının həyata keçməsini arzulayıb və onun sağlığına orbitdə qreypfrut yeyəcəklərini bildiriblər.
BKS-nin komandanlığını yeni qəbul edən Dubov çıxışında Rusiyada 200-dən çox millətin nümayəndəsinin yaşadığını qeyd edib və müxtəlif insanlarla ortaq dil tapmağı lider üçün vacib keyfiyyətlərdən biri kimi qiymətləndirib.
Anna Kikina isə kosmik sahəyə göstərilən dəstəyə görə Putinə təşəkkür edib və Rusiyanın kosmik sənayesinin əldə etdiyi nailiyyətləri vurğulayıb.
Sergey Teteretnikov da kosmos sahəsindəki imkanların ona və digər insanlara planetdən kənara çıxmaq kimi arzularını reallaşdırmağa şərait yaratdığını bildirib.















