“Hörmüz boğazının yenidən açılması İslamabad anlaşmasının icrasından asılıdır və bu məsələdə İran Ali rəhbəri Müctəba Xamenei və Ali Milli Təhlükəsizlik Şurasının qərarı əsasında hərəkət ediləcək”.
1xeber.media xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkianın müavini Məhəmmədcəfər Qaimpənah deyib.
“İslamabad anlaşması bizim qürurumuzdur. ABŞ 12 dəfə bu anlaşma üzrə onun müddəalarına əməl etmək öhdəliyi götürüb. Bu anlaşmada ABŞ-nin imzası olsa da, razılaşmalara sadiq olmaması şakərinə əsaslanaraq, bu dəfə də müqaviləni yerinə yetirəcəyinə şübhəmiz var”, - o bildirib.
Qaimpənah İranın ABŞ ilə yeni müharibəyə hazır olduğunu da iddia edib:
“Əgər amerikalılar İslamabad anlaşmasına qayıtmasalar və davamlı müharibədən danışsalar, biz müharibədən qorxmuruq və hesab edirik ki, silahlı qüvvələrimiz ABŞ və İsrailə sarsıdıcı cavab verəcək”.















