İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində 7 mərtəbəli binanın alt 3 mərtəbəsi çöküb. Hadisə oktyabrın 8-də saat 05:40 radələrində Doğu küçəsində baş verib.
1xeber.media xəbər verir ki, hadisə yerinə AFAD, yanğınsöndürmə, səhiyyə və polis qrupları göndərilib.
Binanın çökməyən üst mərtəbələrində qalan şəxslər xilasedicilər tərəfindən təxliyə edilib.
Dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Binanın alt 3 mərtəbəsinin hansı səbəbdən çökdüyü hələlik məlum deyil.
***
“TRT Haber”in məlumatına görə, dağıntılar altında qalan 14 nəfərdən 8-i xilas edilib.
6 nəfərin axtarışları hələ davam etdirilir.
Hadisə ilə bağlı araşdırma başladılıb.




















