“Bu gün biz ilk dəfə altıtərəfli formatda görüşürük. Hörmətli İlham Heydər oğlu Əliyevi salamlayır və bu əlamətdar hadisə münasibətilə təbrik edirəm”.
1xeber.media xəbər verir ki, bu sözləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu gün Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət başçılarının Məşvərət görüşünün açılışında bildirib.
Türkmənistan Prezidenti Azərbaycanın bu formata qoşulmasının vacibliyini qeyd edib.
“Bizim fikrimizcə, Azərbaycanın üzvlüyü dövlətlərimiz arasında uzun müddətdir davam edən qarşılıqlı fəaliyyətin çox mühüm və məntiqi nəticəsidir, qardaşlıq, mehriban qonşuluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin, xalqlarımızın inkişaf və tərəqqi yolunda əl-ələ verib birlikdə irəliləməsinin vacibliyinin dərk edilməsidir”, - Sərdar Berdiməhəmmədov qeyd edib.















