1xeber.media xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Yunanıstandakı ABŞ səfiri Kimberli Qilfoyl barədə yayılan yeni iddialara münasibət bildirməkdən imtina edib.
AP-nin məlumatına görə, Rubio oktyabrın 8-də Afinaya səfəri zamanı jurnalistlərin Qilfoyllə bağlı suallarını cavabsız qoyub. Səfir haqqında ABŞ mediasında onun vəzifəyə başlamazdan əvvəl bəzi fəaliyyətlərinin araşdırılması ilə bağlı məlumat yayılıb.
Qilfoylun fəaliyyəti ilə bağlı müzakirələr onun Yunanıstandakı diplomatik və enerji məsələlərindəki rolu fonunda gündəmə gəlib. Rubio isə məsələyə dair əlavə açıqlama verməyib.
ABŞ dövlət katibinin Yunanıstana səfəri zamanı əsas müzakirə mövzuları arasında ikitərəfli münasibətlər, regional təhlükəsizlik və enerji əməkdaşlığı yer alıb.















